EN

Yaponiyanın baş naziri dəyişdi

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba ölkənin yeni baş naziri seçilib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, seçim zamanı deputatların əksəriyyəti onun lehinə səs verib.

Səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291 səs toplayıb.Onun ən yaxın rəqibi, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb. Yaponiyanın aşağı palatasının qərarı üstünlük təşkil edir, çünki LDP artıq yuxarı palatada səslərin çoxluğuna malikdir.

Qeyd edək ki, Yaponiyanın baş naziri Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin istefa vermişdi. Nazirlər Kabinetinin yeni rəhbəri oktyabrın 1-də təyin olunmalı idi. Bundan sonra yeni kabinetin formalaşdırılmasına başlanılacaq.

QAZİLER.AZ

Chosen
4
qaziler.az

1Sources