“Elveem-Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1800261511) nizamnamə kapitalını azaldır.
Valyuta.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 1 646 550 AZN məbləğdən 446 550 AZN məbləğə azaldığını elan edir. Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi, 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu il şirkət nizamnamə kapitalının 3 milyon 200 min 020 AZN məbləğdən 1 milyon 646 min 550 AZN məbləğə azaldığını elan etmişdi. "Elveem-Servis" MMC 2005-ci ildə yaradılıb, qanuni təmsilçisi Məhərrəmov Emil Akif oğludur.
Əvəz Həsənov