EN

Türkiyə mətbuatı:1 oktyabr 2024

''Sabah'': Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasına çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasını İsrailin hücumlarını dayandırmaq üçün lazım gələrsə güc tətbiq etməyə çağırıb. Rəcəb Tayyib Ərdoğan bir ovuc radikal sionistin bölgədə gərginlik yaratdığını bildirib.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Türkiyə məzlumların səsi oldu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı ilə bağlı bildirib ki, Türkiyə qlobal platformada azadlıq, ədalət, hüquq və bərabərlik uğrunda mübarizə aparan bütün məzlum insanların səsinə çevrilib.

''Yeni Şafak'': Numan Kurtulmuş: ''İsrailin hədəfi təkcə Qəzza deyil”

İsrailin Livana və Suriyaya hücum etməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsrailin son hədəflərindən birinin Türkiyə olduğunu söyləyib.

''Star'': Türk Dövlətləri Təşkilatından yeni təşəbbüs

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr kartoqrafiya sahəsində əməkdaşlıq üçün bir araya gəliblər. "Ortaq Türk Əlifbası" kimi, "Ortaq Türk Dünyası Xəritəsi"nin də hazırlanması hədəflənir.

''Vatan'': Adanada ''Teknofest'' həyəcanı yaşanır

Aviasiya, Kosmos və Texnologiya Festivalı (TEKNOFEST) 2-6 oktyabr tarixləri arasında Adanada keçiriləcək. TEKNOFEST-in məqsədi gənclərin milli texnologiyanın inkişafına marağını artırmaqdır.



Chosen
81
10
trt.net.tr

10Sources