EN

“Qan axmağa davam edəcək”-Kənan Rövşənoğlu

“Qan

“Yaxın Şərq münaqişəsi səbəbi bu gün Yaxın Şərqdə mövcud olan anormal, amorf siyasi sistemdir, heç bir tarixi, coğrafi, etnik, dini və ya mədəni çərçivəsi olamayan süni dövlətlərdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib. O, bildirib ki, İsrailə qarşı əsrin əvvəllərində dini təşkilatlar, ortasında solçular, millətçilər, ərəb dövlətləri vuruşdu, indi dairə yenidən dönüb islamçı təşkilatlar ortaya çıxıb: “Bu müharibənin sonu yoxdur, sabah başqa adlarla və ideologiyalarla təşkilatlar ortaya çıxacaq. Necə ki, 50 il əvvəl nə Həmas, nə Hizbullah olmayanda Fəth hərəkatı, Emal hərəkatı, FAT, Yasir Ərəfat var idi.

Əgər dünya həqiqətən səmimidirsə bu müharibəyə son qoymaq üçün həqiqi real addımlar atmalı, tərəfləri sülhə məcbur etməlidir. Bu olmasa qalan məsələlər mənasızdır. Atəşkəs danışıqları, evsiz qalan qaçqınlara yardım, bunlar gözdən pərdə asmaq üçündür.

Dünya isə hələ buna hazır deyil, nə Qərb, nə də Şərq. Ona görə də qan axmağa davam edəcək. Kütlələri isə xəbərlərlə idarə edəcəklər”.

Chosen
43
xalqcebhesi.az

1Sources