EN

Azərbaycanlı hakim “Boraç” – “Panatinaikos” oyununa təyinat alıb

Image

FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununa təyinat alıb. Ona meydanda Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaq. Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətləb





Chosen
77
15
baki-xeber.com

10Sources