EN

"Sumqayıt"ın problemi "Qarabağ"la oyuna qədər həll olunacaq - EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazı külli miqdarda borc səbəbindən kəsilib. İlk dəfə Sport24.az-ın işıqlandırdı problem sosial şəbəkələrdə ajiotaja səbəb olub.
 
Ancaq artıq bu problem yoluna qoyulmaq üzrədir. Belə ki, "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev saytımıza bildirib ki, qazla bağlı problem "Qarabağ"la oyun gününə qədər aradan qaldırılacaq və hər iki komanda isti sudan istifadə edə biləcək. Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyunu saat 20:00-da start götürəcək.

Chosen
3
1
sport24.az

2Sources