1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin qoynunda yerləşən Kürdili adası öz gözəlliyi və sirləri ilə diqqət çəkməkdədir. Aran iqtisadi-coğrafi rayonunun şərqində, Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşən bu ada el arasında Kurkas və ya Kurkasan kimi də tanınır.
Sahəsi təxminən 25.5 kvadrat kilometr olan Kürdili Azərbaycanın ən böyük adasıdır. Lakin bu həmişə belə olmayıb. Vaxtilə adanın sahəsi 43 kvadrat kilometr olsa da, 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində Neftçala və Lənkəran ərazisindən adaya çəkilən torpaq yollar dağılıb və quru ilə əlaqə kəsilib. Adanın sahəsi də əhəmiyyətli dərəcədə kiçilib.
Kürdili adasının yaranma tarixi də maraqlıdır. Ada, əslində, Kür çayının deltasında, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlib. Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi səbəbindən ada ilə quru arasındakı məsafə daim dəyişir. Bəzən ada quruya o qədər yaxınlaşır ki, oraya piyada hətta getmək mümkün olur.
PhotoStock.az-ın əməkdaşının adadan hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.Az