EN

Rumıniyada NATO-nun xüsusi radar təyyarəsi peyda olub: Səbəb nədir?

NATO Rusiyanın aktiv hərbi fəaliyyətinə görə Rumıniyada hava məkanına nəzarəti gücləndirir.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, ölkənin hava məkanı əlavə olaraq AWACS radar təyyarələri tərəfindən izləniləcək.

NATO-nun mətbuat xidmətinin məlumatına görə, bu addım Rumıniyanın "öz sərhədi yaxınlığında artan hava fəaliyyətinə" cavab vermək qabiliyyətini gücləndirəcək.

“Uçuşlar yalnız Yunanıstandakı Preveza aviabazasından və Almaniyanın Geilenkirxen şəhərində yerləşən NATO-nun əsas AWACS bazasından Alyansın ərazisi üzərində həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
32
news365.az

1Sources