"Lənkəran" basketbol klubun erkən vida yaşanıb. Sport24.az xəbər verir ki, Cənub klubu Azərbaycan Basketbol Liqasının startına günlər qalmış heyətinə yeni cəlb etdiyi Çınar Çakmakla yollarını qarşılıqlı razılıq əsasında ayırıb.
Â
Buna türkiyəli basketbolçunun zədələnməsi səbəb olub. 18 yaşlı Çakmak mövsümün sonuna kimi meydana çıxa bilməyəcəyindən heyətdən çıxarılıb.
Â
Qeyd edək ki, 193 sm boya malik hücumçu ilə 1 illik müqavilə əhatə edirdi. Çınar Türkiyənin "Cedi Osman Akademiyası" komandasından "Lənkəran"a gəlmişdi.