Son 10 ildə NATO qüvvələrinin sayı yüksək hazırlıq vəziyyətində 500 min nəfərə çatıb.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bunu kreslosunu Mark Rutteyə verən alyansın səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.
O, NATO-nun son 10 ildə ən əhəmiyyətli transformasiyadan keçdiyini vurğulayaraq, “Biz minlərlə insandan başlayıb yarım milyon insanı yüksək hazırlıq vəziyyətinə gətirdik” deyib./bakupost.az/