EN

Məhərrəm Şəmkirli: DEYİMLƏR

Kim bağışlayacaq?

Müqəddəs qəbrin önündə dayanıb xəcalət çəkirəm.Nə sənin kimi vətən yolunda vuruşub şəhid oldum,nə də yaralanıb qazi.Vətən dara düşəndə fərari,sərsəri olub,ölkələr gəzdim. Buna görə Sən şəhidmi,iki ayağını itirən qonşumuz Vəli qazimi,uca Tanrımı bağışlayacaq məni? Bilirəm ki,heç biriniz.Mən də belcə üzü qara bu dünyadan köçəçəm.Amma bilmirəm torpaq məni qəbul edəcəkmi?

Kəndə gedirdim

Bibim oğlu Aydının əziz xatirəsinə

Kəndə gedirdim doğmalarımı,əzizlərimi görməyə.Bilmirən sonuncu dəfəmi,sonuncudan əvəlki dəfəmi.Bunu mən bilmirəm.Ən doğrusunu,ən dəqiqini uca Tanrı bilir.Mən də səni doğmam,əzizim bilib görüşünə hazırlaşdım.Sən mənim bibim oğlu,uşaqlıq dostum,sinif yoldaşım idin.Dedim kənddə səninlə görüşəcəm,uşaqlıq,gənclik xatirələrimizi bölüşəcəyik.Sənə avtoqrafla yeni çıxan kitabımı hədiyyə edəcəm.Amma sən neylədin ay insafsız,nə? Ücə gün gözləyə bilmədin.Nə olardı əl açıb Tanrıdan üç gün möhlət alardın.Tanrı bəlkə də səni eşidərdi,dinləyərdi.Axı sən onun sadiq,üzüyola bəndəsi idin.Çox heyif! Əziz bibim oğlu,uşaqlıq dostum,sinif yoldaşım Aydın ruhun şad,qəbrin nurlu olsun.

Bütöv Azərbaycan dedik

Zaman bizi iki yerə böldü.Bu tay sənin,o tay da onun dedilər.Amma biz heç vaxt demədik,şimal sənin,cənub mənim.Çünki qardaş arasında mənim,sənin olmadı.Bütöv,ayrılmaz Azərbaycan oldu.

Qırmızı xətt

Tanrı “ol” dedi,olduq.50-60-70 ilömür verdi.Yaşadıq yaxşı,pis.Sevincimiz də oldu,ağrımız,acımız da.Tanrının verdiyi ömür müddətindən qırağa çıxmadıq,çıxa da bilməzdik.Çünkü Tanrının da qırmızı xətti var.Onu keçmək olmaz.Amma Şirəli Müslümov buqırmızı xətti keçdi.

Verdin

Tanrım,təzəcə doğulmuşdim,dilim yox idi ki,səndən diləyimi diləyəm.Mən səndən nəsə istəməkdən qabaq mənə hər şey vermişdin:ata,ana,qardaş,bacı.Var ol! Aradan illər keçdi,mən böydüm.Bir gün mənə verdiklərini baxmadın yaşına,başına,əlimdən aldın.Məni kimsəsiz dünyada kimsəsiz qoydun.

Chosen
61
adalet.az

1Sources