Taylandda bağça uşaqlarını daşıyan məktəb avtobusu yanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dəhşətli yanğın zamanı avtobusda olan 22 azyaşlı və 3 müəllim həyatını itirib.
Yaralanan uşaqlar xəstəxanaya çatdırılıb.
Təxminən 1 saat ərzində alov içində qalan avtobus yanğınsöndürənlər tərəfindən söndürülüb, yanğının səbəbi ilə bağlı araşdırma başladılıb.
Hadisədən sonra 48 yaşlı avtobus sürücüsünün qaçdığı bildirilib.
Qeyd edək ki, Tailandın baş naziri Paetongtarn Shinawatra həyatını itirənlərin yaxınlarına başsağlığı verib.