EN

Rusiya Ukraynaya və iki ABŞ bankına qarşı iddia qaldırıb

Rusiya Baş Prokurorluğu Ukrayna hakimiyyətinə və ABŞ-nin iki bankına qarşı iddia qaldırıb.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya baş prokurorunun müavini məhkəməyə müraciət edib. 

Məlumata görə, Rusiya Baş Prokurorluğu Moskva vilayətinin Arbitraj Məhkəməsində Ukraynanın dövlət qurumlarına və iki Amerika bankı olan "The Bank of New York Mellon" və "JP Morgan Chase Bank"a qarşı iddia qaldırıb. 

Baş Prokurorluq iddianın təmin edilməsi üçün ərizə göndərib. Müraciətin məzmunu və irəli sürülən tələblər açıqlanmayıb. 

Gülşən Şərif

Chosen
98
3
bakivaxti.az

5Sources