EN

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir

Dövlətin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın iqtisadi inkişafı, ixrac potensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunması, maliyyə intizamının, gücləndirilməsinin gücləndirilməsi kimi əlavə üstünlük verilir.

Bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artım yenidən bərpa olunub, ümumi daxili məhsulun (ÜDM) artım tempi son 6 ayda 6,2 faiz olub. Qeyri-neft sektorunda artım göstəricisi 9,6 faizə bərabərdir. Fiskal vә monetar siyasәtin ehtiyat koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. İqtisadiyyatımızın dayanıqlı inkişafı üçün dövlət hədəfləri və prioritetlər müəyyənləşdirilib. Ölkəmizin sosial-iqtisadi inkişafının bütün tərəflərini “Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın şərtləri ilə qəbul etmək üçün yeni mərhələyə keçid yaradacaq. Müasir çağırışlara uyğun olaraq orta iqtisadi inkişafda ÜDM-in artım tempinə uyğunlaşan bir vergi siyasətinin dəyişdirilməsi nəzərdə tutulur.

Azərbaycanda bu gün sosial-iqtisadi həyatın bütün sahələrində hərtərəfli, geniş və dinamik inkişaf yolunu intensiv davam etdirmək üçün mühüm islahatlar həyata keçirilir, layihələr icra edilir. İstehsal olunan ümumi daxili məhsulların rəqabət qabiliyyətliliyini təmin etmək üçün bütün müvafiq addımlar atılır. Dünya bazarının tələbatı əsasən keyfiyyət, dizayn və qiymət üzrə formalaşır. Bu tələbatlar müəyyən dövrlərdə müvafiq çağırışlarla müşahidə olunur. Həmin çağırışlar isə mütəmadi surətdə dəyişir, istehsal qarşısında müvafiq keyfiyyət, dizayn və qiymət tələbləri qoyur. Bu çağırışlar ilk növbədə təbii ki, real iqtisadiyyata aiddir. Beynəlxalq iqtisadi, siyasi, sosial tendensiyanı və inkişafı nəzərə alan ölkə rəhbərliyi dünya bazarına rəqabətə davamlı məhsullarla çıxmaq üçün bütün lazımi tədbirləri operativ surətdə görür.

Beləliklə, düşünülmüş siyasət nəticəsin də ölkə hər ili iqtisadi-siyasi uğurlarla və  artımla yekunlaşdırır. Davamlı islahatlar, bütün regionlarda böyük quruculuq və abadlıq işlərinin görülməsi, beynəlxalq səviyyəli sənaye və emal müəssisələri yaradılması, müasir elmi-texniki yeniliklərin tətbiqi bu prosesin lokomotividir. Məqsədyönlü siyasət nəticəsində islahatlar davam edir, müvafiq dövlət proqramları həyata keçirilir, iqtisadiyyatda çoxşaxəlilik daim inkişaf etdirilir və hər bir təsərrüfat sahəsində müasir layihələr reallaşır. İcra mexanizmi olduqca dəqiq və elmi-praktik baxımdan əsaslandırıldığına görə nəticələr çox uğurludur və iqtisadi şaxələndirmə prosesi getdikcə dərinləşir. Yeni yaradılan Azərbaycan iqtisadi modelində əsas odur ki,

postneft dövrünə uyğun inkişaf potensialı hərtərəfli öyrənilir, reallaşdırılır, dünya bazarının tələbləri dəyərləndirilir və bu proqnoza əsasən milli mənafelərə uyğun layihələr icra edilir, beynəlxalq standartlara uyğun məhsul istehsal olunur. Dünya bazarında gedən proseslərin inkişaf meyilləri, onun mahiyyəti, ölkənin iqtisadi potensialı, sənaye sahələrinə təklifi daim nəzərə alınır.

Bununla yanaşı, maliyyə və kapital bazarlarının inkişafının da vergi yolu ilə tənzimlənməsi və perspektivi saxlanılır. Maliyyə və kapital bazarları nə qədər çox inkişaf etsə, bir o qədər real sektorun inkişafına dəstək verə bilər. Ona görə də modern maliyyə alətlərinin inkişafı üçün vergi xərclərinin, tənzimləmələrinin verilməsi də vergilərin ödənilməsi. İnvestisiyalar üçün investisiya vergiləri tətbiqi və digər fiskal stimullar veriləcək.

İşğaldan azad edilmiş ərazilərdə, həm də iqlim şəraiti müəyyən edilməklə, turizm potensialı olan regionlarında turizmin inkişafı, bu sektorun sabitləşdirilməsinin azaldılması və bunun yolu ilə tənzimlənməsi vergi islahatlarında daha bir istiqamət olacaq.

Son bir neçə ildə törədilən islahatların ayrılmaz iqtisadi hissəsi, bəlkə də aparıcı yönümlü “kölə iqtisadiyyatı”nın azaldılması ilə bağlı təsir tədbirlərdir. İqtisadiyyatın tətbiq edilməsi, şaxələndirilməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin edilməsi davam edəcək. “Kölgə iqtisadiyyatı” ilə mübarizə bir ildə yaranır və yeni ildə yekunlaşan bir proses deyil. Hər il vergi qanunvericilikdə də, vergi inzibatçılığında da həyata keçirilir. Bu vasitələr yalnız bir şəkildə siyasət, və ya rəqabətin qarşısını almaq üçün tutmur. Burada daha çox rəqəmsallaşma, üçüncü şəxslərdən, yəni ayrı-ayrı subyektlərdən məlumatların toplanması, onların qərarları rəqəmsal emal edilməsi yolu ilə mümkün qədər vergidən yayınmaların, vergilərin minimallaşdırılmasının əldə edilməsi ilə bağlı tədbirlərdir.

Bundan başqa, iqtisadiyyatın daha da şaxəliliyinə, bütün zəruri məhsul istehsalına nail olmaq üçün islahatlar aparılır, ölkədə müvafiq konkret Dövlət proqramları həyata keçirilir, layihələr icra olunur. Ölkə rəhbərliyi müasir dünyamızda istər siyasi, istər iqtisadi, istərsə də sosial sahə də sonu görünməyən çox gərgin kataklizmlər və böhran şəraitində dövlətin iqtisadi və siyasi müstəqilliyini qorumaq, möhkəmləndirmək üçün bütün zəruri addımları atır.

Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.

İqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlət başçısı bildirib: “Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü

Chosen
47
1
ikisahil.az

2Sources