EN

Məşhur jurnalist vəfat etdi – FOTO

Türkiyə mətbuatının ustad jurnalistlərindən sayılan Güneri Cıvaoğlu müalicə aldığı xəstəxanada səhər dünyasını dəyişib.

Medianews.az xəbər verir ki, 85 yaşlı Güneri Cıvaoğlu həftələr əvvəl İstanbulun məşhur restoranlarından birində yıxılaraq başından xəsarət almışdı.

Hadisədən sonra Güneri Cıvaoğlu xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilmişdi.

Ünlü

GÜNERİ CIVAOĞLU KİMDİR?

30 iyul 1939-cu ildə Ankarada anadan olan Güneri Cıvaoğlu jurnalist, hüquqşünas, xəbər və televiziya aparıcısı kimi uğurla fəaliyyət göstərib. Ankara Universitetinin Hüquq fakültəsində tələbə kimi fəaliyyətə başlayan Cıvaoğlu jurnalistikaya Akış jurnalı və Yeni İstanbul qəzetində müxbir kimi addım atıb.

Son

O, Türkiyə Radio Televiziya Qurumunun yaranması prosesində səhər xəbərlərini hazırlayan komandada yer alıb. Strasburq Universitetində bir müddət iqtisadiyyat üzrə təhsil alıb. “Tercüman” qəzetinin baş redaktoru vəzifəsində də çalışıb. O, “Güneş” qəzetinin ortaqlarından olub və uzun müddət onun baş redaktoru vəzifəsində çalışıb. 1986-1996-cı illər arasında “Sabah” qəzetində köşə yazarı, Show TV-də menecer vəzifələrində çalışıb. 1996-cı ildən “Milliyet” qəzetinin baş redaktoru olub. Eyni zamanda Kanal D-nin əsas xəbər bülleteninin aparıcısı da olub.

Medianews.az

Ünlü

Ünlü

Ünlü

Ünlü

Chosen
2
1
medianews.az

2Sources