Qaxda evdən çürümüş kişi meyitinin tapılması ilə bağlı yeni təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 62 yaşlı Elman Yusifov spirtli içki aludəçisi imiş.
Bu səbəbdən də ailəsi ondan üz döndəribmiş. E.Yusifov evdə tək yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qaxda evdən çürümüş kişi meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qum kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Elman Əhmədiyyət oğlu Yusifovun üzərində zorakılıq əlamətləri görünməyən çürümüş meyiti evindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.