EN

AFFA klublara yenə vaxt verdi – Çempionatda 40-45 iştirakçı olacaq

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinin müddətini uzadıb.

Bu haqda federasiyadan redaksiyamıza məlumat verilib.

Çempionata qatılmaq arzusunda olanlar üçün son tarix oktyabrın 1-i nəzərdə tutulmuşdu. İndi isə onlar daha bir neçə gün əlavə vaxt əldə edib.

Yarışda qüüvəsini sınamaq həvəsinə düşənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Region Liqasının oktyabrın sonu, noyabrın ilk həftəsində başlaması nəzərdə tutulub. Burada təxminən 40-45 komandanın mübarizə aparması nəzərdə tutulub.

Qeydiyyat prosesinin uzadılması müxtəlif səbəblərlə əlaqədardır. Bəzi komandalar sənədlərini qaydasına salmaqda yubanırsa, bəzisi də heyətini formalaşdırmaqda çətinlik çəkir.

SPORTİNFO.AZ

Chosen
65
sportinfo.az

1Sources