EN

Hesablama Palatası Qətərdəki səfirliyimizdə yoxlama aparıb? - Rəsmi CAVAB

Mətbuatda Hesablama Palatası və Maliyyə Nazirliyinin Azərbaycanın Qətərdəki səfirliyində yoxlama apardığı və yoxlama nəticəsində yeyinti aşkarlandığı barədə xəbərlər yayılıb.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün Hesablama Palatasına sorğu göndərib.

 

Sorğumuza cavab olaraq bildirilib ki, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən, səfirliklər kənar dövlət maliyyə nəzarətinin obyektləri hesab olunur, ancaq Qətərdəki səfirliyimizdə yoxlama aparılmayıb.

 

"Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilməyib", - açıqlamada qeyd olunur.

Chosen
1
modern.az

1Sources