EN

Bəxtiyar qollarının davamlı olacağına inanır

“Sevinirəm ki, komandanın qalibiyyətində mənim də əməyim oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

Müdafiəçi bundan sonra qələbələrinin və qollarının davamını gəlməsini arzulayır: “Bu mövsüm ilk qolum idi. Ümid edirəm ki, bundan sonra qələbələrimizin və qollarımın davamı gələr. Bunun üçün də hər oyuna xüsusi hazırlaşmaq və köklənmək lazımdır. İnşallah, əlimizdən gələni edəcəyik ki, uğurlarımız davamlı olsun. Azarkeşlərimizi, “Araz-Naxçıvan” tərəfdarlarını sevindirmək istəyirik. Hədəflərimiz uğrunda sonuna qədər mübarizə aparacağıq”.

Xatırladaq ki, son turda “Səbail” üzərində 3:2 hesabı ilə qələbə qazanan naxçıvanlıların ilk qolunu Bəxtiyar vurmuşdu.

GÜNAY SÜLEYMANOVA

Chosen
6
futbolinfo.az

1Sources