EN

Die Zeit: Almaniya kansleri Şolz yaxın gələcəkdə Putinlə danışmağı planlaşdırır

Almaniya kansleri Olaf Şolz demək olar ki, iki ildən sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir.

Bu barədə "Die Zeit" qəzeti məlumat yayıb.

Hökumət mənbələri bildiriblər ki, zəng noyabrda Braziliyada keçiriləcək G20 toplantısından əvvəl planlaşdırılır.

Qeyd edək ki, bu baş verərsə Şolz, Ukraynanı dəstəkləyən ən mühüm ölkələrin Putinlə birbaşa əlaqəni bərpa edən ilk hökumət başçısı olacaq.

Şolzla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında baş tutub.

Chosen
48
50
aznews.az

10Sources