Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevinsərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiritəyin edilib.
Trend səfirin dosyesinitəqdim edir:
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadanolub. Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadiMünasibətlər fakültəsində təhsil alıb.1993-1994-cü illərdəAzərbaycan Respublikası Prezidentinin İcra Aparatındaİnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcəüçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cuillərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiriolub.
2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyindəmüşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-inbirinci ərazi idarəsinin direktor müavini olub.
2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlərNazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun2017-ci il tarixli sərəncamı ilə Yunanıstan Respublikasındakı vəeyni zamanda, Albaniya Respublikasında fövqəladə və səlahiyyətlisəfiri vəzifəsindən geri çağırılıb.
23 iyun 2017-ci ildən 17 oktyabr 2022-ci ilədək AzərbaycanRespublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətlisəfiri olub.
17 oktyabr 2022 – 1 oktyabr 2024-cü illərdə AzərbaycanRespublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətlisəfiri olaraq çalışıb.
1 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tərəfindən Azərbaycan Respublikasının RusiyaFederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.