Araz-Naxçıvan - Səbail (Bakı) 3:2 (0:1)
12. Kristian Avram - 5,0
34. Urfan Abbasov - 5,0
3. Bəxtiyar Həsənalızadə - 5,5
2. Slavik Alxasov - 6,0
6. Vadim Abdullayev (k) - 5,5
(24. Mustafa Əhmədzadə, 73) – 5,5
16. Ramon Maçado - qiymətsiz
(10. Bernardo Dias, 16) - 6,5
29. Vanderson Melo - 5,5
23. Nuno Rodriges - 5,5
14. Miço Kuzmanoviç - 5,5
(7. Ülvi İsgəndərov, 73) - qiymətsiz
4. İqor Ribeyro - 5,5
97. Felipe Santos - 6,0
(17. İssuf Paro, 78) - qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
1. Vüsal Şabanov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Bernardo Dias
1. Hüseynəli Quliyev - 4,5
74. Yusif Nəbiyev (k) - 4,5
(15. Vüsal Məsimov, 64) - 4,5
77. Fərid Nəbiyev - 5,5
20. Mərt Çəlik - 5,0
11. Rüfət Abdullazadə - 5,0
(14. Suleyman Alluş, 64) - 4,5
8. Qorka Laruçça - 6,0
44. Amir Bilali - 5,0
3. Dmitri Litvin - 4,5
7. Madi Queta - 5,0
(10. David Qomis, 64) - 4,5
5. Gitay Sofir - 5,5
(83. Nihad Quliyev, 84) - qiymətsiz
21. Ayman Bouali - 5,5
(19. Samir Abdullayev, 76) - qiymətsiz
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
6. Cabir Əmirli
18. Süleyman Əhmədov
16. Emin Rüstəmov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Qorka Laruçça
Qollar: Q.Laruçça, 45 (0:1, A.Bouali). B.Həsənalızadə, 52 (1:1, S.Alxasov). F.Santos, 57-p. (2:1). B.Dias (3:1, S.Alxasov). Q.Laruçça, 89 (3:2, V.Məsimov).
Vərəqələr: A.Bilali, 30 (hakimin qərarına etiraz). D.Litvin, 30 (qeyri-idman hərəkəti). F.Santos, 41 (qeyri-idman hərəkəti). G.Sofir, 49 (qeyri-idman hərəkəti). V.Məsimov, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF ALLAHVERDİYEV, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Anar Şixəliyev (Bakı).
27 sentyabr. Sumqayıt. “Kapital Bank Arena”. 200 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Liv Bona Dea Arena”nın qazonunda aparılan renovasiya işləri ilə bağlı “Araz-Naxçıvan” “Səbail”i Sumqayıtda qəbul etdi. Bu oyunun hər iki komanda üçün böyük əhəmiyyəti var idi. Yalnız ilk turda “Qarabağ”a uduzan, ardından yüksəliş qrafiki cızan “qırmızı-ağlar” növbəti qələbənin onları ən azı birgünlüyə turnir cədvəlində zirvəyə yüksəldəcəyini anlayırdı. “Dənizçilər” isə 4-cü turda “Kəpəz”i məğlub edəndən sonra bütün rəqiblərinə uduzmuşdu.
Artıq 2-ci dəqiqədə Vadim Abdullayev uzaqdan bəxtini sınasa da, qolkiper yerində idi. Cavabında “Səbail”in qazandığı cərimə zərbəsi zamanı Laruçça qapı qarşısına ötürmə verdi, Avram iki cəhddə də olsa, topu götürə bildi. 28-ci dəqiqədə Kuzmanoviç uzaqdan zərbə vurdu, ancaq “çərçivə”yə düşə bilmədi. 42-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu əlinə düşən fürsəti dəyərləndirə bilmədi. Daha dəqiqi, Litvin adi bir vəziyyətə yıxıldı və Felipe Santos topa yiyələnir. Braziliyalı yarımmüdafiəçi tələsik “çərçivə”ni nişan aldı ki, top qapıdan aralı keçdi.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıya əlavə olunan 2-ci dəqiqədə “Səbail” qol istəyinə çatdı. Meydanın mərkəzində Rüfət Abdullazadəyə qarşı qayda pozuldu. Cərimə zərbəsini yerinə yetirən Bilali topu Boualiyə ötürdü. Mərakeşli hücumçu Laruççaya doğru ötürmə verdi. O isə uzaqdan zərbə ilə Avramı məyus etməyi bacardı.
İkinci hissə birinci ilə müqayisədə daha maraqlı və məhsuldar keçdi. 52-ci dəqiqədə “Araz Naxçıvan” futbolçuları qısa ötürmə ilə küncdən zərbəni yerinə yetirdi. Felipe Santos cərimə meydançasına ötürməsindən sonra Slavik Alxasov başla zərbə vursa da, Avram topu qaytardı. Slavik topu yenidən qapı qarşısına göndərdi və Bəxtiyar Həsənalızadə hesabı bərabərləşdirdi - 1:1. 55-ci dəqiqədə nominal meydan sahibləri hesabda önə çıxmaq üçün əla imkan yaxaladı. Top cərimə meydançasında Bilalinin əlinə dəydi. Rauf Allahverdiyev VAR-a baxandan sonra penalti nöqtəsini göstərdi. Ötən tur cərimə zərbəsindən “Turan Tovuz”un qapısına yol tapan Felipe Santos bu dəfə də penaltini dəqiq yerinə yetirdi.
60-cı dəqiqədə Kuzmanoviç fərqi artırmağa yaxın oldu. Ancaq onun yaxın məsafədən zərbəsi qapıdan aralı keçdi. Bundan sonra da hər iki qapı qarşısında təhlükəli vəziyyətlər yarandı. 84-cü dəqiqədə oyunun taleyini həll edən qol vuruldu. Sonradan oyuna qoşulan Mustafa Əhmədzadə Slavikə ötürmə verdi, o da Bernando Diası zərbə mövqeyinə çıxardı.
Portuqaliyalı yarımmüdafiəçi uzaqdan zərbə ilə qapı torunu silkələdi. “Dənizçilər”in gücü yalnız fərqi minimum endirməyə çatdı. 89-cu dəqiqədə Vüsal Məsimovun qapı qarşısına asmasını Laruçça baş zərbəsi ilə tamamlandı. Beləliklə, "Araz-Naxçıvan" cari mövsümdə 5-ci qələbəsini qazandı.
ƏSƏD SEYİDOV