EN

Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təliminin açılışı olub

"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən general-mayor Vüqar Əliverdiyev iştirakçıları və qonaqları salamlayıb.
Bildirilib ki, bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.
Qeyd olunub ki, "Məharət-2024" təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

Chosen
12
24
ayna.az

10Sources