EN

Ronaldo futbol tarixində bir ilkə imza atacaq

Ötən ilin əvvəlində Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Nəsr”lə razılaşan və müqaviləsinin son ilinə qədəm qoyan Kriştiano Ronaldonun futbolu tərk etmək fikri yoxdur.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 39 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə yeni müqavilə danışıqlarına başlayıb.
Xəbərdə Ronaldonun futbolu davam etdirmək və 2026-cı il dünya çempionatında oynamaq istədiyi vurğulanıb.

Əgər Ronaldo 2026-cı il dünya çempionatında iştirak edərsə, 6 müxtəlif dünya çempionatında oynayan ilk futbolçu kimi tarixə düşəcək.

Billurə
 

Chosen
12
olke.az

1Sources