Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi üçün elan edilən 15 vakansiya üzrə 28 nəfərin müraciəti əsasında imtahan təşkil olunub. 30.09.2024-cü il tarixdə başlanılan müsabiqədə Universitetin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs tələbələri iştirak ediblər. Üç mərhələli müsabiqənin ilkin mərhələsində 28 nəfər namizədin İKT bilikləri yoxlanılıb.
Modern.az xəbər verir ki, müsabiqə 02 oktyabr 2024-cü il tarixdə yekunlaşacaq. Hər üç mərhələdən müvəffəqiyyətlə keçənlər üçün 15 gün müddətində akademik təlim təşkil ediləcək.
Qeyd edək ki, Gəncə Dövlət Universitetində Tyutor Xidməti Tədris Departamentinin tərkibində 2022-ci ildən fəaliyyət göstərir.