EN

FHN hərbi hissədə təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Praktiki hissə çərçivəsində isə FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında hərbi hissənin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə şəxsi heyətin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, “zərərçəkmişlərin” çoxmərtəbəli binadan təxliyə edilərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi əməliyyatları yerinə yetirilib.

Daha sonra hərbi hissənin şəxsi heyətinə yanğınsöndürmə və xilasetmə işlərinin aparılması qaydaları izah edilib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunub.




Chosen
71
15
qafqazinfo.az

10Sources