Almaniya kansleri Olaf Şolts demək olar ki, iki ildən sonra ilk dəfə Rusiya lideri Vladimir Putinlə birbaşa danışmaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Die Zeit" hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Şolts noyabrda Braziliyada keçiriləcək G20 toplantısı öncəsi Putinlə telefon danışığı imkanını nəzərdən keçirir. Lakin hələlik danışmaq istəyi daxil olmayıb.
Nəşrin qeyd etdiyi kimi, Şolts Ukraynanı dəstəkləyən ən mühüm ölkələrin Putinlə birbaşa əlaqəni bərpa edən ilk hökumət başçısı olacaq.
Şoltsla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da sonuncu dəfə 2022-ci ildə Putinlə birbaşa danışıb.
Nəşr onu da qeyd edir ki, Ukraynaya gələcək dəstək üzrə danışıqlar oktyabrın ortalarında Almaniyada aparılacaq.
Alpər