EN

Moskvada pəhləva 1482 ton ağırlığında qatarı dartaraq dünya rekordu müəyyənləşdirib - VİDEO

Rusiyalı pəhləvan Roman Novikov Moskvanın Belorusski dəmir yolu vağzalında 1482 ton ağırlığında qatarı hərəkətə gətirib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə oktyabrın 1-də Roman Novikov öz Telegram kanalında məlumat verib.

"Bu, mütləq dünya rekordudur və bu, Rusiya Dəmir Yollarının ad günündə Moskva Dəmir Yolunda qeydə alınıb", - mesajda deyilir.

Bundan əvvəl, mayın 8-də idmançı Denis Vovk 650 tonluq “Sapsan” qatarını hərəkət etdirərək, bununla da dünya rekordu vurmuşdu. Hadisə Sankt-Peterburqda “Metallostroy” deposunda baş verib. İdmançı qatarı 37 saniyəyə 1,48 m hərəkət etdirməyi bacarıb.

QAZİLER.AZ

Chosen
18
1
qaziler.az

2Sources