Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Musavat.com "Unikal"a istinadən xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Səbinə Camal qızı Əliyeva özünü yaşadığı evin həyətində, yardımçı tikilidən asaraq intihar edib.
S.Əliyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Onun iki azyaşlı uşağı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.