EN

Lökbatanda açıq sahədə yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Yenicag.az-a bildirilib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Açıq sahədə qamışlıq ərazidə baş vermiş yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb.

Yanğın söndürülüb.

Chosen
6
1
yenicag.az

2Sources