EN

“Qalatasaray”a Osimhen şoku

“Qalatasaray” Avropa Liqasının II turunda RFŞ (Latviya) ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen bu görüşü buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Osimhenin sol ayaq əzələsində ağrılar yaranıb. Futbolçunun Avropa Liqası oyununu buraxacağı dəqiqləşib.

Oktyabrın 3-də keçiriləcək RFŞ – “Qalatasaray” oyununa saat 20:45-də start veriləcək.

Chosen
102
futbolpress.az

1Sources