EN

"Qarabağ"a görə risk etmədilər, braziliyalını kənarda saxladılar

"Malmö" nün baş məşqçisi Henrik Rüdström ölkə çempionatının 25-ci turunun "Myalbü" ilə oyununda (2:0) braziliyalı müdafiəçi Buzanellonun meydana çıxmamasını şərh edib.

Sportinfo.az "Fotbollskanalen"ə istinadən xəbər verir ki, "Malmö"nün çalışdırıcısı braziliyalı futbolçunu riskə atmadıqlarını və ona Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun “Qarabağ”la oyun ərəfəsində dincəlmək imkanı verdiklərini bildirib:

"Biz onun "Qarabağ"la görüşdə daha sağlam və daha qüvvətli olması üçün istirahət verdik".

"Qarabağ" - "Malmö" matçı oktyabrın 3-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.

Chosen
18
sportinfo.az

1Sources