EN

Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşüb

Sentyabr ayında Avrozonada inflyasiya səviyyəsi 1,8 faiz təşkil edib.Avropa Statistika Bürosunun (“Eurostat”) yaydığı məlumatda inflyasiya göstəricisinin aylıq müqayisədə 2021-ci ildən bəri ilk dəfə 2 faizdən aşağı düşdüyü bildirilir. Ötən ay Avrozonada inflyasiya 2,2 faiz təşkil etmişdi.Sentyabrda ən yüksək qiymət artımı 4 faizlə xidmətlər sektorunda qeydə alınıb. Qida, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 2,4 faiz, qeyri-enerji sənayesi məhsullarının qiyməti 0,4 faiz artıb, enerji məhsullarının qiyməti isə 6 faiz azalıb.Ötən ay İtaliyada inflyasiya səviyyəsi 0,8 faiz təşkil edib(azərtac).
 

Facebook-da paylaş

Chosen
225
4
dunyapress.info

6Sources