EN

Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR

Türkiyə turizminin xaricdəki təmsilçilərindən Halil Duru Azərbaycanda yeni hotel şirkəti təsis edib.Banker.az-ın əldə etdiyi məlumata görə, onun təsis etdiyi şirkət “Duru Hospitality Management” MMC-dir.Şirkət nizamnamə kapitalı 100 000 manat olmaqla Bakı şəhəri Yasamal rayonu, Həmidağa Hüseynzadə, ev giriş 34, m. 16, 2 ünvanında qeydiyyatdadır.Türkiyə mətbuatında iyul üzrə yayılan məlumatlarda Halil Durunun 5 ildən sonra “Qafqaz City Hotel Baku”nun Azərbaycandakı koordinatoru vəzifəsində çalışmağa başlaması bildirilmişdi.Azərbaycanın ilk yerli hotellər şəbəkəsi olan Qafqaz hotellərinin yaradıcısı Halil Duru 11 il çalışdığı şirkət daxilində 9 hotel açaraq “Qafqaz City Hotel Baku”nun idarəedicisi olub.

Chosen
9
2
dia-az.info

3Sources