2023-cü ilin sonuna Azərbaycanda çalışan həkimlərin sayı 33,6 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bakı şəhəri həkimlərin sayının çoxluğuna görə (22,7 min nəfər) liderdir.
Sumqayıt şəhərində 1,5 min nəfər, Gəncə şəhərində 1,1 min nəfər həkim olub.
Naxçıvan şəhərində 445, Abşeron rayonunda isə 417 həkim çalışıb.
Növbət 4 aryonda isə həkimlərin sayı 300-dən yuxarı, 400-dən isə aşağı olub.
Belə ki, ötən ilin sonuna Mingəçevir şəhərində 392, Lənkəranda 336, Şəmkirdə 324, Şəkidə isə 304 həkim fəaliyyət göstərib.
Tovuz rayonu da 264 həkim sayı ilə ilk onluqda yer alan rayonlar siyahısındadır.