EN

Makrondan İsrailə dəstək: Fransa qoşunlarını İrana qarşı səfərbər etdi

Fransa hərbçiləri İranın İsrailə raket hücumunun dəf edilməsində iştirak ediblər.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makronun ofisinin mətbuat xidməti bildirib. Buna nail olmaq üçün Paris Yaxın Şərqdəki qüvvələrini səfərbər edib.

Bəyanatda deyilir ki, İsrailin təhlükəsizliyinə sadiq qalan Fransa bu gün Yaxın Şərqdəki hərbi aktivlərini İran təhlükəsinə qarşı səfərbər edib.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri bəyan etmişdi ki, Tehran İsrailə raket hücumu zamanı MOSSAD kəşfiyyat agentliyinin qərargahını vurmağa cəhd edib. O qeyd edib ki, İranın iqtisadi infrastruktura da hücum etmək imkanı var.

Chosen
45
24
publika.az

10Sources