Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında iki partlayış baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyinin yanında iki partlayışın olduğu bildirilib.
Bölgədəki İsrail səfirliyi ilə əlaqənin olub-olmadığı araşdırılır. Geniş ərazi mühasirəyə alınıb. İsrail səfirliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.