EN

Bəzi yerlərdə şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı seher.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində oktyabrın 1-də gündüz saatlarından başlayaraq hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Göygöldə 10 mm, Daşkəsəndə 8 mm, Şahbuzda 7 mm, Tərtər, Şəki, Yevlax, Goranboy və Gədəbəydə 2 mm, Naxçıvan, Quba, Xaltan, Xınalıq, Altıağac, Naftalan, Bərdə, Ağdam, Ağcabədi, Kürdəmir, Sabirabad, İsmayıllı, Qəbələ, Şamaxı, Beyləqan, Daşkəsən, Ağsu, Gəncə, Göyçay, Mingəçevir, Oğuz, Qusar, Balakən, Xaçmaz və Qaxda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq, qərb küləyinin sürəti Şahdağda arabir 20 m/s-dək güclənib. Göygöl, Daşkəsən, Şəmkir və Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 29, Aran rayonlarında 27, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.

Chosen
124
49
seher.media

10Sources