EN

Küveyt XİN-in rəsmisi: İtkin düşmüş şəxslərin ailələri ilə işləməyin nə qədər çətin olduğunu yaxşı bilirik

Bakı, 2 oktyabr, AZƏRTAC

Küveyt itkin düşmüş insanların taleyi ilə bağlı məsələdə çox böyük işlər görür. Hərbi və qeyri-hərbi münaqişələrdən kənar olaraq təcrübələrimizi və əldə etdiyimiz nəticələri beynəlxalq arenada bölüşmək üçün kifayət qədər böyük hab yaratdıq. Küveyt öz üzərinə düşən vəzifələri yüksək səviyyədə həll edib.

AZƏRTAC xəbər verir ki, bunu Küveyt Dövlətinin xarici işlər nazirinin əsir və itkin düşmüş şəxslər üzrə köməkçisi, səfir Rabea Saad Al-Adsani Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Səfir Rabea Saad Al-Adsani qeyd edib ki, son texnologiyalardan da istifadə edərək ailələri istədikləri xəbərlərə qovuşdurmaq lazımdır:

"Bu ailələrin psixoloji vəziyyətinin həllinə də öz dəstəyimizi göstərməliyik. Biz həmin ailələrlə işləməyin nə qədər çətin olduğunu çox yaxşı bilirik. Bu ailələrlə mütəmadi işləmək niyyətindəyiksə, onlara lazım olan dəstəyi göstərməliyik. Eyni zamanda, bu məsələdə çoxlu əməkdaşlıqlar lazımdır

İtkin düşmüş insanlar tapılmalı və onların ailələrinə məlumat verilməlidir", - deyə Küveytli səfir vurğulayıb.

Chosen
107
12
azertag.az

10Sources