İsrailin cavab zərbəsindən qorxan kirmanşahlılar və isfahanlılar evlərini tərk edir
KirmanÅŸah vÉ™ Ä°sfahan ÅŸÉ™hÉ™rlÉ™rindÉ™ hÉ™rbi baza vÉ™ É™hÉ™miyyÉ™tli dövlÉ™t obyektlÉ™rinÉ™ yaxın É™razilÉ™rdÉ™ yaÅŸayan vÉ™tÉ™ndaÅŸlar evlerini tÉ™rk edirlÉ™r.Â
Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.
Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.
"Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar",- məlumatlarda deyilir.
Qeyd olunur ki, hökümət məmurlarının sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.
Xatırladaq ki, aprelin 2-i İranın İsrail ordusunun Dəməşqdə İran konsulluğuna bağlı binaya endirdiyi zərbələr nəticəsində 7 SEPAH komandiri həlak olub.
Bundan sonra İran Kirmanşah və İsfahan şəhərlərində yerləşən hərbi bazalardan İsrailə 300-dən çox raket buraxıb.
Qısa müddət sonra isə həmin bazalara PUA hücumalrı olub, hərbi mərkəzlərə ciddi ziyan dəyib.
visiontv.az