İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirib ki, Tel-Əvivin köhnə Yaffa şəhərində tramvay dayanacağında atışma nəticəsində ağır yaralananlardan biri xəstəxanada ölüb.
Beləliklə, ölənlərin sayı 8 nəfərə yüksəlib. Yeddi qurban xəstəxanalarda müalicə alır.
Xatırladaq ki, dünən saat 20:00 radələrində Yaffada tramvay dayanacaqlarından birində iki nəfər pulemyotdan atəş açıb. Əvvəlcə ölənlərin olmadığı, yalnız yaralıların olduğu bildirilirdi. Lakin sonradan qurbanların sayı artmağa başlayıb. Polis hadisəni terror aktı kimi qiymətləndirir.
//Samir Qurbanov, Editor.az