Bakı, 2 oktyabr, AZƏRTAC
İtkin düşmüş şəxslərlə bağlı istənilən nəticəni əldə etmək üçün birgə səylər göstərmək lazımdır. Əsir və itkin düşmüş şəxslərlə bağlı məsələ bütün ölkələr üçün əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Siyasət və əməkdaşlıq üzrə direktoru Andreas Kleiser Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Andreas Kleiser qeyd edib ki, ilkin düşmüş və girov götürmüş şəxslər problemi qlobal səviyyədə həll edilməlidir və dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır. “Ona görə də təcili şəkildə Azərbaycanın bu istiqamətdəki problemini diqqətdə saxlamalıyıq. Digər ölkələr itkin düşmüş və girov götürmüş şəxslər sahəsində gördüyü işlərə görə Azərbaycanın təcrübəsindən istifadə edə bilərlər”, - deyə o əlavə edib.