EN

Nazir: Yaşıl iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsi böyük əhəmiyyət kəsb edir

Yaşıl iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsi insan kapitalının inkişafı kontekstində dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər inkişaf etmiş ölkələrdə milli sərvət strukturunda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bu, özünü iqtisadiyyatda orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəlməsi kimi göstərir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxışı zamanı deyib.
“Eyni zamanda, sosial müdafiə sistemi insan kapitalının inkişaf meyillərini dəstəkləməyə hazır olmalıdır. Azərbaycan regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyətdə olaraq müəyyən edib. 2018-ci ildən sonrakı dövrdə 4 milyon vətəndaşımızı əhatə edən, ümumi dəyəri 7 milyard manatdan artıq olan böyük sosial islahat paketləri həyata keçirilib. Həmin istiqamətdə yönəldilən illik maliyyə vəsaiti 4 milyard dollardan artıq olub. Prezident İlham Əliyevin son dövrlərdə verdiyi bəyanatlarda vurğuladığı kimi sosialyönümlü siyasət davam edəcək. Növbəti ilin əvvəlində Azərbaycanda həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılmasına dair tapşırıqlar verilib. Növbəti ilin dövlət büdcəsində də həmin artımlar üçün müvafiq vəsait nəzərdə tutulacaq”, – deyə nazir bildirib.

Chosen
76
1
arantv.az

2Sources