İran prezidenti Məsud Pezeşkiana oktyabrın 1-də axşam saatlarında İsrailə endiirlən raket zərbələri barədə məlumat verilmədiyi iddia edilir.AzVision.az xəbər verir ki, bəzi mənbələrə istinad edən “The New York Times (NYT)” qəzetinin icmalçısı Tomas Fridman belə məlumat yayıb.Həmin mənbələrin iddiasına görə, raket hücumunu İranın Hərbi Hava Qüvvələri (HHQ) deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK-İran Silahlı Qüvvələrinin elit bölmələri) HHQ-si həyata keçirib. Eyni zamanda, Pezeşkiana hücum başlamazdan əvvəl məlumat verilmədiyi vurğulanır. İcmalçının fikrincə, bu, İran rəhbərliyində əməliyyatla bağlı fikir ixtilafının olmasına dəlalət edə bilər.Halbuki, bundan əvvəl Məsud Pezeşkian İsrailə raket hücumunu yəhudi dövlətinin təcavüzkar hərəkətlərindən milli maraqların müdafiəsi kimi qiymətləndierib.İsrail Ordusunun Baş Qərargahı “zaman seçəcəyini” və hücuma cavab verməklə təəccüblədirəcəyini vəd edib. İranın ali lideri Ayətullah Əli Xamenei isə ivrit dilində İsrailə qarşı daha geniş miqyaslı hücumlar olacağı barədə xəbərdarlıq ünvanlayıb.