EN

Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

"Bakı Metropoliteni" QSC 22 qatarın istismar müddətini artıracaq.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu il Bakı metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb: "Bir qatar xətdən çıxarıldığı üçün hazırda xətdə olan qatarların sayı 60-dır. Yeni qatarlar xəttə buraxıldıqdan sonra isə qatarların sayı 67-yə çatacaq".

Chosen
3
6
demokrat.az

10Sources