“Barselona”nın futbolçusu Frenki de Yonq zədəsini sağaldıb.
İspaniya klubunun mətbuat xidmətini xəbərinə görə, 27 yaşlı yarımmüdafiəçi ümumi qrupda məşqləri bərpa edib. O, Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Yanq Boyz”la matçda meydana çıxa biləcək.
Məlumatı “Barselona”nın baş məşqçisi Hans-Diter Flik təsdiqləyib.
xatırladaq ki, De Yonq bu ilin aprelində keçirilən “Real” ilə matçda zədələnmişdi.