"Mançester Siti"nin ulduzu polis tərəfindən saxlanılıb.

Offsideplus.az xəbər verir ki, Mateus Nunes şiddət tətbiq etdiyinə görə məsuliyyətə cəlb edilib. O, Madriddəki gecə klublarından birində fotosunu çəkən 58 yaşlı şəxsin telefonunu alıb və geri verməkdən imtina edib. Portuqaliyalı futbolçu saat 05:30 radələrində saxlanılıb. Bu barədə "Dailymail" məlumat yayıb.

Hüquqşünasın girovu ödəməsindən sonra oyunçu sərbəst buraxılıb. Ancaq onun məhkəmə önünə çıxarılacağı və zorakılıq maddəsilə mühakimə olunacağı qeyd olunub.