EN

Ölünün külündən brilyant hazırlanacaq

Yazını böyüt
Yazını kiçilt

Moskvada qohumları tərəfindən mərhumun külündən brilyantların hazırlanması get-gedə populyarlaşır. Bəzi dəfn agentlikləri bu bahalı xidməti mərhumun xatirəsini yaşatmaq və özünü həmişə yanında hiss etmək üçün bazara çıxarırlar.

Hafta.az-ın yazdığına görə, proses küldən karbonun alınması ilə başlayır, sonra qrafitə və nəhayət almaza çevrilir. Almazlar kəsilə, formalaşdırıla və zərgərlik məmulatına çevrilə bilər. Bu prosesi başa çatdırmaq bir aydan altı aya qədər çəkir.

Zinət əşyalarının rəngi insanın həyat tərzindən asılı olaraq dəyişə bilər. Məsələn, kimyaterapiya keçirmiş insanların külündən əldə edilən brilyantlar ümumiyyətlə daha açıq rəngdədir. Arzu edənlər brilyantın rəngini də seçə bilərlər. Lakin bu xidmətin qiyməti kifayət qədər yüksəkdir. Qiymətlər 500 min rubldan başlayır və daşın ölçüsündən asılı olaraq artır.

Bu texnologiya yeni deyil, 1999-cu ildə Amerikanın LifeGem şirkəti tərəfindən patentləşdirilib və 2002-ci ildən tətbiq olunur. Kremasiyadan sonra təxminən 3 kiloqram kül qalır, lakin brilyant hazırlamaq üçün cəmi 300-500 qram lazımdır. Bundan əlavə, brilyantlar təkcə küldən deyil, mərhumun saçından da hazırlana bilər.

Chosen
16
hafta.az

1Sources