EN

İsraildə silahlı hücum: ölənlərin sayı 7-yə çatıb

Ötən gecə Təl-Əviv yaxınlığındakı Yaffa şəhərində baş verən silahlı hücumda ölənlərin sayı 7-yə yüksəlib.

Bakıvaxtı.az İsrailin dövlət televiziyası KAN-ın xəbərinə istinadla xəbər verir ki, dünən gecə baş verən hücumda yaralanan daha bir nəfərin öldüyü bildirilib.

Beləliklə, Yaffada 2 nəfərin həyata keçirdiyi silahlı hücumda ölənlərin sayı 7-yə yüksəlib.

Qeyd edək ki, İsrail polisi dünən Yaffada silahlı hücumda 6 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlayıb. Həmçinin, hücum edənlərin hadisə yerində zərərsizləşdirildiyini bildirib.

Əli Hüseynov

 
Chosen
10
bakivaxti.az

1Sources