EN

“Ermənistan KTMT-dən çıxmaqla bütün riskləri hesablamalıdır” - Mirzoyan

“Ermənistanın KTMT-dən mümkün çıxması ilə bağlı bütün riskləri diqqətlə qiymətləndirmək lazımdır”.

Missiya.Az “Sputnik-Armenia”ya  istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Forumunda ölkənin təşkilatdan çıxmasının perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

O, bildirib ki, bu məsələdə xüsusi diqqətli olmaq lazımdır.

“Əsas prioritet sabitlikdir və baş verə biləcək hər hansı bir proses, xüsusən də risklər baxımından çox diqqətlə hesablanmalıdır”, - deyə Mirzoyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxış edərək, ölkənin KTMT ilə münasibətlərdə geri dönüş nöqtəsinə yaxınlaşdığını bəyan edərək,  təşkilatı Ermənistanın suverenliyinə təhdidlər yaratmaqda ittiham etmişdi.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
88
1
missiya.az

2Sources